Yol polisindən sürücülərə xəbərdarlıq: Yağmurlu hava şəraitində daha diqqətli olun

Avtoxəbər 8 Avqust 2019 23:14 Oxunub 1441
Yol polisindən sürücülərə xəbərdarlıq: Yağmurlu hava şəraitində daha diqqətli olun
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik"

DİN Baş Dövlət Yol Polisi İdarəsi yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən Avtosfer.az-a bildirilib ki, yağmurlu hava şəraitində sürücülər yol və metroloji şəraiti nəzərə almalıdırlar. Belə hava şəraitində əyləc sistemindən düzgün istifadə etməmək nəqliyyat vasitəsinin sürüşməsinə gətirib çıxara bilər. Bu da real yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olur: "“Bəzən belə hava şəraitində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar sürücülər özlərini inzibati məsuliyyətdən azad etmək üçün hava şəraitini bəhanə gətirirlər. Əslində isə bu, belə deyil. Nəqliyyat vasitəsi qanunun tələbi əsasında, yol və meteoroloji şərait nəzərə alınmaqla idarə edilməlidir ki, hər hansı təhlükə yaransa yayınmaq mümkün olsun. Təəssüf ki, sürücülərin sürət həddinə riayət etməməsi, ara məsafəsini düzgün saxlamaması, hərəkət istiqamətində diqqətsizliyə yol verməsi, eyni zamanda, sürüşmə ehtimalı olan ərazilərdə əyləc sistemindən düzgün istifadə etməməsi yol qəza hadisəsinin yaranmasına səbəb olur. Yağmurlu hava şəraiti nəticəsində paytaxtda bir neçə yol-nəqliyyat hadisəsi baş verib. Bütün bunları nəzərə alaraq sürücülərə yağmurlu hava şəraitində diqqətli olmağı tövsiyə edirik”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh