Bakıda "Range Rover" qəza törədib, xəsarət alan var - FOTO - VİDEO

Qaydalar 9 Avqust 2019 01:02 Oxunub 4003
Bakıda "Range Rover" qəza törədib, xəsarət alan var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya səbəb 90-NC-500 nömrəli "Range Rover"in qırmızı işıqdan keçməsi olub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, taksi kimi istifadədə olan "Ravon" və "Range Rover" markalı avtomobillər toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, Nəsibbəy Yusifbəyli küçəsi ilə hərəkətdə olan 90-NC-500 dövlət qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü qırmızı işıqdan keçib. Nəticədə qəza baş verib.

"Ravon"un sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh