Fransada 24 milyon il əvvələ aid kərgədanın çənəsi tapılıb

Maraqlı 9 Avqust 2019 08:06 Oxunub 1552
Fransada 24 milyon il əvvələ aid kərgədanın çənəsi tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Aydın olur ki, 24 milyon il əvvəl indiki müasir şəhərin ərazisində iqlim subtropik olub”

Tuluza şəhərinin fəhlələri Fransanın cənubunda 24 milyon il bundan əvvəl yaşamış kərgədanın çənəsininin qalığını tapıblar. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb. Üzərində bir neçə diş olan 15 santimetrlik çənə “Jan-Jores” metrostansiyasının tikintisi üçün aparılan qazıntılar zamanı 15 metr dərinlikdə aşkar olunub. Tuluza tarix muzeyinin direktoru Fransis Dürantonun sözlərinə görə, söhbət nəsli kəsilmiş, Diserateriy adlandırılan kərgədanın buynuzsuz çənəsindən gedir. O bildirir ki, bu tapıntı alimlərdə Tuluza bölgəsinin paleogen dövründə hansı iqlimə sahib olması barədə təsəvvür yaradır. “Aydın olur ki, 24 milyon il əvvəl indiki müasir şəhərin ərazisində iqlim subtropik olub”, - Düranton belə deyib.

Muzeyin əməkdaşları yaxın zamanlarda tarixi tapıntını tədqiq etməyi və araşdırmanın nəticələri barədə məlumat verməyi planlaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh