“Daewoo” göydə uçub ana və qızı öldürdü - VİDEO

Avtosfer TV 9 Avqust 2019 11:18 Oxunub 1809
“Daewoo” göydə uçub ana və qızı öldürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və iki sərnişin isə yaralanaraq xəstəxanaya yerləşdiriliblər

Dəhşətli görüntülər Türkiyənin Balıqəsir vilayətində qeydə alınıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Edremit-Çanaqqala avtomobili yolunun 4-cü kilometrliyinin Kadıköy məhəlləsindən keçən hissəsində baş verib.

Məlumata görə, İbrahim Bozqurdun (63) idarəetməsində olan 34 ZZ 0815 qeydiyyat nömrə nişanlı “Daewoo Damas” markalı avtomobilin idarəetməsini itirərək yol kənarında dayanan Naimə Qıldırı və qızı Seda Qıldırı vurub. Nəticədə ana və qızı aldığı xəsarətlərdən həyatlarını itiriblər. “Daewoo”nun sürücüsü və iki sərnişini isə yaralanaraq, təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onlarda sürücünün vəziyyətinin ağır olduğu bildirilib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Qəzanın kadrları yaxınlıqda yerləşən bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh