Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşib - FOTO

Yarışma 9 Avqust 2019 12:00 Oxunub 1658
Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaliblər müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilmişdir. Avtosfer.az BŞGİBİ-nin saytına istinadən xəbər verir ki, idmançılar güclərini 2 növ mühərrikli motosikletlərdə göstərib. Yarışın yekun nəticələrinə əsasən 125sm3 həcmli motosikletlərdə I yerə Fyodr Pudikov, II yerə Arif Bağırov, III yerə Nail Mustafayev, 250sm3 həcmli motosikletlərdə isə I yerə Vaqif Əhmədov, II yerə Sabir Babayev, III yerə isə Valeriya Turin layiq görülmüşlər. Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

 

Namiq Musayev

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh