Yük maşını avtobusa çırpıldı: 2-si ağır, 15 yaralı - FOTO

Avtosfer Foto 9 Avqust 2019 14:33 Oxunub 1718
Yük maşını avtobusa çırpıldı: 2-si ağır, 15 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis insidentlə bağlı araşdırmalara başlayıb

Türkiyənin Antalya vilayətində yük maşının və avtobusun iştirakı ilə baş verən qəzada 15 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, hadisə avqustun 8-i Alanyanın “D-400” avtomagistralının Türklər məhəlləsindən keçən hissəsində qeydə alınıb.

Antalya istiqamətinə hərəkət edən Əbubəkir T.-nin (46) idarə etdiyi 07 H 5026 qeydiyyat nömrə nişanlı avtobusa, eyni yolda irəliləyən Fuat K.-nın (73) idarə etdiyi 34 VS 5905 qeydiyyat nömrə nişanlı yük maşını çırpılıb. Qəza yerinə səhiyyə və polis briqadaları cəlb olunub. 15 yaralı təcili tibbi yardım maşınları rayon xəstəxanalarına yerləşdiriliblər. Onlarda 2-nin vəziyyətlərinin ağır olduğu bildirilib.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

 

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh