Avtosfer.az | Reklam
Sükanı dizi ilə idarə edib yemək yeyən sürücü - VİDEO
Avtosfer TV 9 Avqust 2019 18:28 947 dəfə oxunub
Sükanı dizi ilə idarə edib yemək yeyən sürücü - VİDEO
Nəqliyyat iştirakçılarının həyatını təhlükəyə atan sürücü

Bu sürücü nəinki özünün, digər nəqliyyat iştirakçılarının da həyatını təhlükəyə atır. Görüntülər İstanbul şəhərində, Fateh Sultan Məhməd Köprüsünün girişində qeydə alınıb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, kadrlarda Ədirnə istiqamətində hərəkət edən furqonlu yük avtomobilinin sürücüsü, əlini sükandan çəkərək yemək yediyi görülür. Nəqliyyatın intensiv olan vaxtı maşının sürətlə irəlilədiyini də görmək olar. Dizi ilə sükanı idarə edən məsuliyyətsiz sürücü həm özünün həm də ki, digər sürücülərin həyatını heçə sayaraq bir müddət yoluna davam etdikdən sonra gözdən itir.

Hadisəni isə bir avtomobilin sərnişini tərəfindən mobil telefon vasitəsi ilə çəkilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh