"Kalaşnikov" yeni məhsulunu təqdim etdi

Texnologiya 10 Avqust 2019 09:58 Oxunub 3174
"Kalaşnikov" yeni məhsulunu təqdim etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektromobilin sürəti saatda 80 kilometrə çatır

Rusiyanın "Rostex" dövlət korporasiyasının "Kalaşnikov" konserni taksi və karşerinq (avtomobil kirayəsinin bir növü) xidmətləri üçün elektromobil yaradıb. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, elektromobilin sürəti saatda 80 kilometrə çatır. Elektromobil avqustun 8-9-da Moskvada keçirilmiş "Taksi" Beynəlxalq Avrasiya Forumunda təqdim olunub. Məlumata görə, taksomotor daşımalar üçün nəzərdə tutulmuş elektromobilin çəkisi 650 kiloqram, uzunluğu 3,4 metr, eni 1,5 metr, hündürlüyü isə 1,7 metrdir. Elektromobilin istifadəsinin asan olduğu və minimal səviyyədə texniki xidmət tələb etdiyi bildirilir.

Dünyada getdikcə elektromobillərə marağın artdığını nəzərə alsaq, "Kalaşnikov" konserninin bu məhsulunun da məşhur "AK-47" avtomatı kimi populyarlıq qazanacağını gözləmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh