Göyçayda iki "011" toqquşdu - Sürücülərdən biri öldü - FOTO

Qaydalar 11 Avqust 2019 00:13 Oxunub 2823
Göyçayda iki "011" toqquşdu - Sürücülərdən biri öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Göyçayda baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların adları məlum olub

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, avtoqəza rayonun Bığır kəndində qeydə alınıb. Kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Göyçayda avtomobil qəzası zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub. Bığır kənd xəstəxanasının qarşısında iki "VAZ 21011" markalı minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri - 1963-cü il təvəllüdlü Bulud Abışov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib, 1994-cü il təvəllüdlü Xəyal Məmmədov, 1993-cü il təvəllüdlü Tapdıq Azakov, 1983-cü il təvəllüdlü Şamo Nəbiyev isə ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və Travmatologiya şöbələrinə yerləşdirilib.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh