Traktor “protiv” getdi; “Kamaz” ağır qəzadan belə xilas oldu - VİDEO

Yazarlar 11 Avqust 2019 01:33 Oxunub 6297
Traktor “protiv” getdi; “Kamaz” ağır qəzadan belə xilas oldu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaçılmaz olsa da, “Kamaz” sürücüsü dəhşətli qəzadan yayına bilir

Azərbaycanda məsuliyyətsiz sürücülər kifayət qədər çoxdur. Onlardan biri də bu videoda gördüyünüz traktor sürücüsüdür. Avtosfer.az-a göndərilən bu video bir neçə gün əvvəl respublika əhəmiyyətli yolların birində çəkilib. Hərəkətin intensiv olduğu yolda digər nəqliyyat vasitələrinə qarşı hərəkət edən traktor sürücüsü qəflətən sola dönməyə başlayır. Sürəti aşağı olduğu üçün yolu gec keçir. Bu zaman ağır yüklə dolu olan “Kamaz” sürətlə ona doğru hərəkət edir. Qəza qaçılmaz olsa da, “Kamaz” sürücüsü peşəkarlıq göstərərək əyləcdən istifadə etməklə və sükanı sola qaçırmaqla ağır və dəhşətli qəzadan yayına bilir. “Kamaz”ın üzərindəki yükün bir hissəsi yola tökülsə də, ətrafdakı insanlar da sürücünün peşəkarlığına heyrət edirlər.
Güman ki, hadisənin harada baş verdiyi artıq bəllidir və həmin məsuliyyətsiz traktor sürücüsü cəzasız qalmayıb.
Qeyd edək ki, Dövlət Yol Polisi bir neçə ildir əkin-biçin mövsümündə yol kənarlarına yaxın kəndlərdə əhali ilə mütəmadi görüşlər keçirir, ağır kənd təsərrüfatı texnikaları ilə yollarda hərəkət qaydalarına riayət edilməsinə dair təbliğat işləri aparır. Amma yenə də özünün və başqalarının həyatına dəyər verməyən belə sürücülərə rast gəlinməkdədir.
Avtosfer.az təhükəsizlik kamerlarına düşən həmin görüntüləri təqdim edir:

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh