Avtosfer.az | Reklam
Qaxda 3 nəfərin öldüyü qəzanın dəhşətli VİDEOSU
Qəzalar 14 Avqust 2019 15:45 7680 dəfə oxunub
Qaxda 3 nəfərin öldüyü qəzanın dəhşətli VİDEOSU
Ağır yol qəzasında ölən və yaralananların adları məlum olub

Bir neçə  gün əvvəl axşam saatlarında Qax rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və bacısı oğlu Tural Nəzərov həyatlarını itirib. Eyni zamanda Asya Ağayeva, Sevda Mirzəyeva və Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Ölənlər Qaxdan hərbi xidmətdə olan övladlarının sabah keçiriləcək andiçmə mərasiminə gedirlərmiş.

***23:55

Qax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şəki-Qax avtomobil yolunun 30-cu kilometrliyində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Qax sakini olan bir ailənin 3 üzvü ölüb, 5 nəfər yaralanıb.

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh