“Ailə gəmilərin saxlandığı bazada çimib” - FHN-dən açıqlama - VİDEO

Qaydalar 12 Avqust 2019 00:20 Oxunub 2298
“Ailə gəmilərin saxlandığı bazada çimib” - FHN-dən açıqlama - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Çimərliklərdən istifadə səhər 09:00-dan axşam 20:00-dək daha təhlükəsizdir”

 “4 uşağın ölümü ilə nəticələnən bu hadisəyə ailənin tamamilə çimərlik üçün nəzərdə tutulmayan yerdə - Gəmilərin saxlanması üçün bazanın ərazisində suya girməsi səbəb olub”. Avtosfer.az xəbər verir ki, bunu “Real TV”yə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili bildirib: “Hər hansı bir əraziə xilasedicilər yoxdursa, xilasetmə texniki və vasitələri mövcud deyilsə, üzmə sərhədlərini müəyyən edən nişanlar yoxdursa, bu o deməkdir ki, həmin ərazidə təhlükəsizlik tədbirləri görülməyib. Dünən baş vermiş hadisəyə nəzər salsaq, görərik ki, həmin ərazi bizim xidmətin Nardaran sulardan xilasetmə məntəqəsindən təxminən 3 kilometr aralıda kiçikhəcmli gəmilər üçün nəzərdə tutulmuş bazada baş verib. Ümumiyyətlə, həmin ərazi çimərlik üçün tamamilə yararsızdır. Kadrlardan göründüyü kimi, həmin ərazidə kiçikhəcmli gəmilər yan alıblar. Ərazi kifayət qədər daşlıq, qayalı maneələrdən ibarətdir”.

A.Əlili çimərliklərdən istifadə edən insanları diqqətli olmağa çağırıb: “Xəzər dənizində ilin təxminən 250 günü güclü küləklər müşahidə olunur. Məhz bu küləklər nəticəsində sahil zolaqlarında çuxurlar, yarğanlar yaranır, sualtı axınların sürətində artımlar müşahidə olunur. Bunlar da insan həyatı üçün təhlükədir. Əhaliyə müraciət edirik ki, nəzarətsiz ərazilərdən istifadə etməsinlər, eyni zamanda küləkli havada dənizə girməsinlər, spirtli içki qəbul edib sərxoş halda suya girməsinlər, uşaqları çimərlik ərazisində nəzarətsiz buraxmasınlar. Çimərliklərdən istifadə səhər 09:00-dan axşam 20:00-dək daha təhlükəsizdir”.         

Qeyd edək ki, ötən gün Bakının Nardaran çimərliyində 4 uşaq dənizdə boğulub. Hadisə nəticəsində 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı və 11 yaşlı qardaşı Əlirza, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı bacısı Zeynəbin həyatını xilas etmək mümkün olmayıb. Zeynəbin axtarışları hələ də davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh