Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 2-si yaralanıb

Qəzalar 12 Avqust 2019 01:34 Oxunub 808
Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 2-si yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir

Lənkəran şəhərinin Füzuli küçəsində ölümlə nəticələnən ağır yol qəzası olub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində maşında olan 3 nəfərdən biri ölüb, digər ikisi ağır xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh