Mərdəkanda yol qəzası nəticəsində sürücü yaralanıb

Qəzalar 12 Avqust 2019 10:07 Oxunub 1279
Mərdəkanda yol qəzası nəticəsində sürücü yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Paytaxtın Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, 33 yaşlı Suraxanı rayonu, Bülbülə qəsəbə sakini Süleymanov Ceyhun Sərvər oğlu sükanı arxasında olduğu "Tofaş" markalı avtomobil ilə Mərdəkan qəsəbəsində qəza törədib. Nəticədə xəsarət alan sürücü Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birinə aparılıb. Yaralıya kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh