Yoxa çıxan maşınlar şəbəkə istifadəçilərini mat qoydu – VİDEO

Maraqlı 12 Avqust 2019 10:48 Oxunub 1535
Yoxa çıxan maşınlar şəbəkə istifadəçilərini mat qoydu – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bəli, bu yol heç yana aparmır"

Maşın və motosikllərin hərəkət zamanı yoxa çıxmasının əks olunduğu video sosial şəbəkə istifadəçilərini xeyli təəccübə salıb. Avtosfer.az sputnik-ə istinadən bildirir ki, bu barədə Daily Mail yazıb. Videonu Danny Dutch adlı Twitter istifadəçisi öz səhifəsində yayımlayıb və: "Bəli, bu yol heç yana aparmır", - şərhini yazıb. ​Yüz minlərlə baxış sayı yığan videoda avtomobil və motosikllərin yol kəsişməsindən sola dönərək coşğun çay üzərindəki körpüdə yoxa çıxdığı görünür. İstifadəçilərin bəziləri hesab edib ki, nəsə anomal hal baş verir. "Tapmaca"nın cavabının isə @ab041937 adlı istifadəçi tapıb. O, izah edib ki, video eyvanın damından çəkilib. Damın kənarında su və palçıq yığılıb, alınan mənzərə isə coşğun axan çayla körpü illüziyasını yaradıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh