Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Qəzalar 12 Avqust 2019 18:32 Oxunub 858
Bakıda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Binəqədi rayonunda qeydə alınıb

Bakıda yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda Azadlıq prospekti ilə Məsud Davudoğlu küçəsinin kəsişməsində qeydə alınıb.  Belə ki, iki minik avtomobili toqquşub. Nəticədə ikisi qadın olmaqla üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh