Bakıda motosikletlərin iştirakı ilə iki qəza baş verdi; yaralı var

Qaydalar 13 Avqust 2019 01:19 Oxunub 1929
Bakıda motosikletlərin iştirakı ilə iki qəza baş verdi; yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki qəzada motosiklet sürücüləri xəsarət alıb

Bakının Nərimanov rayonunda motosiklet avtomobillə toqquşub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində qeydə alınıb. Qəza zamanı motosikletin sürücüsü, 1998-ci il təvəllüdlü Qurbanov Hüseyn Elxan oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona bel nahiyəsinin əziyi diaqnozu qoyulub.

Bakıda daha bir xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə Nəsimi rayonunda, 28 May küçəsində qeydə alınıb. Belə ki, motosikletlə 30 saylı sərnişin avtobusu toqquşub. Hadisə nəticəsində 25 yaşlı Həsənov Hüseyn Əlirəhman oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və əməliyyat edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh