Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü - VİDEO
Avtosfer TV 13 Avqust 2019 01:29 196 dəfə oxunub
Mahnısı ilə rekord qıran əcnəbi dicey qəzada öldü - VİDEO
Motosikletdə hərəkət edən DJ Arafat avtomobilə çırpılıb

DJ Arafat və Arafat Muana ləqəbləri altında çıxış edən musiqiçi Anj Didye Huon 33 yaşında dünyasını dəyişib. “Qafqazinfo” “Jenue Afrique” nəşrinə istinadən xəbər verir ki, o, Əbidcan şəhərində baş verən yol-nəqliyyat hadisəsinin qurbanı olub. Motosikletdə hərəkət edən DJ Arafat avtomobilə çırpılıb. Musiqiçi dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində vəfat edib.

Qeyd edək ki, Anj Didye Huon 1986-cı il yanvarın 26-da anadan olub. O, dicey, müğənni və rəqs sənəti ilə məşğul olub.

DJ Arafatın “Moto Moto” adlı mahnısına çəkdirdiyi klipi Yutubda 1 sutka ərzində 1 milyondan çox baxış sayı toplamışdı. Musiqiçinin karyerası ərzində 11 studiya albomu işıq üzü görmüşdü.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh