Qum yüklü qatar teplovozla toqquşub

Qəzalar 13 Avqust 2019 10:16 Oxunub 1046
Qum yüklü qatar teplovozla toqquşub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırmalar aparılır

Qırğızıstanda qatar teplovozla toqquşub. Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə avqustun 12-si axşam saatlarında qeydə alınıb.

Məlumata görə, Tokmoka şəhərində qum yüklü qatar yerində dayanmış teplovoza çırpılıb.

Nəticədə hər iki teplovoz relsdən çıxıb. Ölən və ya yaralanan yoxdur.

İnsident yerinə DİN əməkdaşları və yerli “Qırğız Teymur” dövlət dəmir yol müəssisəsinin əməkdaşları cəlb olunub.

Qəza ilə bağlı araşdırmalar aparılır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh