Yük maşını avtobusla toqquşdu: 11 ölü, 2 yaralı

Qəzalar 13 Avqust 2019 10:26 Oxunub 1496
Yük maşını avtobusla toqquşdu: 11 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həyatını itirənlər arasında uşaq və hamilə qadında da var

Boliviyada yük maşınının və avtobusun iştirakı ilə baş verən yol qəzasında 11 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, insident avqustun 12-si səhər saatlarında qeydə alınıb.

Ekspertlər hələ ki qəza ilə bağlı iki versiya irəli sürüblər - ya yük maşınının sürücüsü sərxoş olub, ya da əks yola çıxıb.

Həyatını itirənlər arasında uşaq və hamilə qadında da var. Hazırda bir neçə ölənin üzərində sənəd olmadığından şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh