Avtosfer.az | Reklam
Bakıda hamilə arvadına bıçaq zərbələri vuran kişi tutulub
Gündəm 13 Avqust 2019 11:57 194 dəfə oxunub
Bakıda hamilə arvadına bıçaq zərbələri vuran kişi tutulub
Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib

Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 14-cü Polis Bölməsinin  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub. Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh