Beynəlxalq Avtovağzaldan 62 min sərnişin istifadə edib - SON MƏLUMAT
Gündəm 13 Avqust 2019 12:43 266 dəfə oxunub
Beynəlxalq Avtovağzaldan 62 min sərnişin istifadə edib - SON MƏLUMAT
BBAK açıqlama verib

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Qurban bayramı günlərinə daur son məlumatı açıqlayıb. Avtovağzaldan Avtosfer.az-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar olaraq BBAK avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır. Avqustun 8-də şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb. Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub. Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub. Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb.

 

Orxan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh