Avtosfer.az | Reklam
Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ
Gündəm 13 Avqust 2019 13:42 366 dəfə oxunub
Magistral yollarda hərəkət edən sürücülərə ÇAĞIRIŞ
“Sürücülər ötmə əməliyyatlarına düzgün əməl etsinlər, sürət həddini aşmasınlar və digər qayda pozuntusuna yol verməsinlər"

Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72922 nəfər sərnişin daşınıb. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Avtosfer.az-a verilən məlumatda deyilir. Bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. 5 gün ərzində regionlarımızdan paytaxta səfər edən sərnişin sayı 12640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7990 nəfər sərnişin daşınıb.

BBAK bununla bağlı sürücülərə çağırış edib. "Bu gün, avqustun 13-də regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlərimiz üçün əlavə ehtiyat avtobusların ayrıldığını nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik! İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, siz təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz. Bayramı xətasız-bəlasız yekunlaşdırmaq ümidi ilə, yolunuz açıq olsun!" - deyə çağırışda bildirilir.

Qurban bayramı ilə əlaqədar olaraq, BBAK avqustun 7-dən başlayaraq gücləndirilmiş iş rejimində çalışır. Avqustun 8-də  şəhərlərarası və beynəlxalq istiqamətlərə ümumilikdə 10 285 sərnişin daşınıb.  Ən çox sərnişin axını 10 və 11 avqust tarixlərində olub. Avqustun 10-da 15 300, 11-də isə 13 400 sərnişin öz səfərini təmin edib. Şəhərlərarası reyslərdə sərnişin sıxlığı daha çox Gəncə, Bərdə, Tərtər, Lənkəran, Astara,  Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərinə, beynəlxalq reyslərdə  isə ən çox sərnişin axını İstanbul, Batumi, Naxçıvan və Moskva şəhərlərinə olub. Bu günə qədər ümumilikdə 62 000-dən çox sərnişin BBAK-dan yola salınıb.

 

Emin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh