Yol polisi jurnalistləri belə xilas etdi - FOTO

Yol polisi 13 Avqust 2019 21:58 Oxunub 1617
Yol polisi jurnalistləri belə xilas etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinləri təhqir edən sürücü cəzalandırılıb

Yol polisi daha bir sürücünün özbaşnalığına son qoyub. Avtosfer.az Unikal.org-a istinadən xəbər verir ki, Qax-Bakı marşrut xətti ilə hərəkətdə olan 99 CG 064 dövlət nömrə nişanlı Ford markalı mikroavtobus qeyri-qanuni sərnişin daşıyır. Belə ki, mikroavtobusun sahibi Rəsulov Xəyal Hacı oğlu 8 nəfərlik mikroavtobusda 9-10 nəfər yerləşdirmək istəyib. Bununla razılaşmayan sərnişinləri isə təhqir edib. 

Haqlarını tələb edən sərnişinlər polisə məlumat veriblər. 

Hadisə yerinə gələn Qax rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, mayor Ayaz Məmmədov mikroavtobusun nasaz vəziyyətdə olduğunu aşkarlayıb və bu nəqliyyat vasitəsi ilə sərnişin daşımanın təhlükəli olduğunu bildirib. 
Nəticədə DYP rəisi Ayaz Məmmədov yolda qalan sərnişinlərə kömək edərək yeni mikoavtobusun təşkil olunmasına göstəriş verib. 

Qax rayon Polis Şöbəsi rəhbərliyinin tapşırığına müvafiq olaraq rayon DYP-nin rəisi Ayaz Məmmədovun rəhbərliyi ilə yol polisi əməkdaşları tərəfindən mikroavtobus cərimə meydançasına aparılıb. 

Qeyd edək ki, sərnişinlərdən üçü jurnalistdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh