Məmur oğlunun bahalı avtomobilləri - FOTOLAR
Maraqlı 13 Avqust 2019 22:02 4262 dəfə oxunub
Məmur oğlunun bahalı avtomobilləri - FOTOLAR
İlham Məmmədov İcra Hakimiyyətinin şöbə müdiridir

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlu Nicat Məmmədov sosial şəbəkələrdə dəbdəbəli yaşam tərzini əks etdirən fotolar paylaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə azfakt.com məlumat yayıb. Məlumatda vurğulanır ki, Nicat Məmmədov bu şəkilləri İnstaqramda paylaşıb. Hazırda İnstagramda ona məxsus 333 profili fəaliyyət göstərir. O, burada özünün bahalı avtomobillərini, dəbdəbəli həyatını nümayiş etdirir. 

Sayt yazır ki, Məmmədovun oğuna məxsus 4 (dörd) avtomobil var. Bunlar "Mersedes-Bens", "Lexsus" "Prado" və "Niva" markalı avtomobillərdir. Bu avtomobillərin qiyməti isə üst-üstə təxminən 200 min manat civarındadır.

İlham Məmmədov hazırda Bərdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiridir. 

İlham Məmmədovla əlaqə saxlamağa cəhd etsək də, mövzuya münasibət öyrənə bilmədik.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh