Əzəli rəqiblərin ən ucuzu – BMW yoxsa Merdeces?

Avtodünya 13 Avqust 2019 22:28 Oxunub 3334
Əzəli rəqiblərin ən ucuzu – BMW yoxsa Merdeces?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobil 30 min avroya təklif olunur

Bir əsrdir ki, cavabı insanları qane etməyəcək bir sual var - istər özünüz, istər başqası, istərsə də mütəxəssis cavablandırsın. Amma, yenə də, bu sual cavabsız olaraq qalır :

"Mercedes-Benz yoxsa BMW ?"

Son illərdə, "BMW"nin "model hücümu"nda olduğu göz önündədir. Əsası 1916-cı illdə qoyulan bu brend, "X6" və "GT" kimi, öz sinfində unikal modellərə malikdir. Üstəlik, ən yaxşı "Super Mini Avtomobil" sayılan "Mini" də məhz "BMW"ni ön plana çəkir.

"Mercedes-Benz" isə, son illərdəki sport modelləri ilə öz sözünü deməyi bacarır. Tarixi "BMW"dən qədim olan bu şirkət, yeni avtomobillərində rahatlıqla yanaşı, əsl atletə məxsus sürət imkanlarını da təqdim edir.

Bəs, "Mercedes-Benz" və "BMW" şirkətlərinin Azərbaycandakı rəsmi nümayəndəliyində ən ucuz avtomobil hansıdır - "BMW yoxsa Mercedes"?

Avtosfer.Az ted.az-a istinadən bildirir ki, ekspert Rəşid Tanrıverdiyevin dediyinə görə, hazırda "BMW" markasının ən ucuz seriyası "BMW 1", "Mercedes-Benz"i isə aşağı büdcəli maşınlar seqmentində "A-class" sinifi təmsil edir: "Əslində bu modelləri birbaşa müqayisə etmək düzgün deyil. Çünki "BMW 1" seriyasından fərqli olaraq,"Mercedes A-class" sinifi kompakt sinif deyil, "MPV" sinifinin nümayəndəsidir. Amma qiymət və ölçü baxımından "BMW 1" seriyası ilə çox oxşardır. "BMW 1" seriyasının tənqid olunmasına əsas səbəb, arxa salonun dar olmasıdır. "Mercedes A-class" sinifi isə əksinə, geniş salona malikdir. "BMW 1" daha çox  idman stilli bir avtomobildir,"Mercedes A" isə böyükdür. Satış rəqəmləri baxımından "BMW 1" daha öndədir.

"BMW" və "Mercedes-Benz" şirkətlərinin rəsmi nümayəndəyindən aldığımız məlumata görə, Azərbaycanda mövcud olan 2019-cu il istehsalı ən ucuz 0 km "BMV" avtomobili "BMW 118İ" modelidir. Bu avtomobil 30 min avroya təklif olunur. 2019-cu il istehsalı ən ucuz 0 km "Mercedes-Benz" modeli isə "Mercedes A-class"dır: 35 min avro.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh