Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var - FOTO

Qəzalar 13 Avqust 2019 23:08 Oxunub 1055
Muğanlı-İsmayıllı yolunda yük maşını dərəyə aşıb, ölən var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

İsmayıllıda yük avtomobilinin dərəyə aşması nəticəsində ölən və xəsarət alanların adları məlum olub. Hadisə zamanı “HOVA” markalı yük avtomobilinin sürücüsü, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Hüseynov Fazil Hüseyn oğlu xəsarət alıb. Sürücünün maşında olan oğlu, 17 yaşlı Süleyman Hüseynov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti FHN xilasediciləri tərəfindən yük avtomobilinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az nazirliyin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Şamaxı rayonunun Muğanlı kəndində “KamAZ” markalı yük avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Süleyman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh