Yol qaydaları ilə bağlı təsirli videoçarx hazırlandı – Telefon öldürür – VİDEO

Avtosfer TV 14 Avqust 2019 01:09 Oxunub 1256
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sükan arxasında telefona yox, yola baxmaq lazımdır

Türkcell mobil operatorunun çəkdiyi sosial çarx olduqca diqqət çəkib. Avtosfer.az xəbər verir ki, şirkət bu videoçarxla cəmiyyət üçün faydalı mesaj verib; telefon öldürə bilər, sükan arxasında telefona yox, yola baxmaq lazımdır.
Sosial çarxda Türkiyənin məşhur futbolçusu Əmrə Akbaba çəkilib. Sujet xəttində isə yol qəzasında həlak olmuş türk dünyasının məşhur idmançısı Mətin Oqtay yad edilib.
Son zamanlar yollardakı qəzaların çoxunun səbəbi məhz yüksək sürət və diqqət yayınmasıdır. Əlbətdə ki, bunun başlıca səbəbi mobil telefondur.Artıq telefonlar həyatımızın bir parçasına çevrilib. İnsanlar demək olar ki, çox işini telefon vasitəsilə həll edir. Lakin bizim işimizi asanlaşdıran telefon bəzən qatilimizə də çevrilir. 
Bayram ərəfəsindəyik və bayramla bağlı bir birimizə müxtəlif bayram təbrikləri göndəririk. Bir çoxlarımız da bu təbrikləri sükan arxasında oxuyur və ya yazırıq. Hələ sükan arxasında oyun oynayanları demirəm.
Dostlar, sükan arxasında yalnız və yalnız yola baxın. Sizi sevənləri üzməmək üçün yoldaykən buraxın telefonu və diqqətinizi yola ayırın. Bayramınız mübarək.

P.S: Ümid edirəm ki, bu cür sosial çarxdan bizim də bir çox şirkətimiz ibrət götürər və özlərini tərifləməkdənsə cəmiyyət üçün faydalı mesajlar daşıyan reklamlar çəkər.

 

Rüstəm

ŞƏRH YAZ
Ad

E-mail

Şərh