Telefon sürücünün başını qatdı, qırmızı işıqda qəza törətdi - FOTO
Avtoxəbər 14 Avqust 2019 01:50 660 dəfə oxunub
Telefon sürücünün başını qatdı, qırmızı işıqda qəza törətdi - FOTO
Bakıda işıqforun qırmızı işığında iki avtomobil toqquşub

Bakıda sürət həddinin aşılması, eyni zamanda sürücünün diqqətinin yayınması nəticəsində yol qəzası baş verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 10 VG 401 dövlət nömrə nişanlı “Opel” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman onu idarə edən sürücü Zaur Hüseynovun diqqətini mobil telefon yayındırıb. Nəticədə o, idarəetməni itirirək işıqforun qırmızı işığında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh