Traktor “Renault”la toqquşdu: 9 yaralı - FOTO

Qəzalar 14 Avqust 2019 08:38 Oxunub 2424
Traktor “Renault”la toqquşdu: 9 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Diyarbəkir vilayətində traktorun və minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasında 9 nəfər xəsarət alıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Çinar rayonunun Solmaz kəndinin girişində qeydə alınıb.

Məlumata görə, əks yolda hərəkətdə olan 21 EU 731 qeydiyyat nömrə nişanlı traktor yüksək sürətlə idarə olunan 35 BEF 91 qeydiyyat nömrə nişanlı “Renault” markalı minik avtomobili ilə toqquşub. Nəticədə traktorda olan 3 nəfər, avtomobildə isə 6 nəfər xəsarət alıb.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh