“Honda” 95 minə yaxın avtomobili geri çağırır

Avtoxəbər 14 Avqust 2019 10:46 Oxunub 1397
“Honda” 95 minə yaxın avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik yastıqlarına görə

“Honda” şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır. Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey” və “Everus S1” modellərinə şamil olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh