Kürdəmirdə yol qəzası: yaralananlar var - VİDEO

Qəzalar 14 Avqust 2019 11:36 Oxunub 1166
Kürdəmirdə yol qəzası: yaralananlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib.  Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı sakinləri olan 3 nəfər - 1974-cü il təvəllüdlü Abdullayeva Könül Məhərrəm qızı, 1955-ci il təvəllüdlü Məmmədova Güldəstə Aslan qızı və 2010-cu il təvəllüdlü Oruclu Zöhrab Novruz oğlu yüngül xəsarət alıb. Onlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh