Bakıda sürücü 40 dəqiqə tərslik edib hərəkəti iflic etdi
Gündəm
14 Avqust 2019 12:05
Oxunub 964
Sürücü yerindən tərpənməyib və bu da marşrutun hərəkəti üçün maneə yaradıb
Paytaxtın "Şamaxinka dairəsi" adlanan ərazisində qəribə hadisə baş verib. Avtosfer.az-ın baku.ws-ə istinadən məlumatına görə, marşrut avtobusu dayanacaq istiqamətində hərəkət etdiyi zaman, "Mercedes" markalı avtomobil əks istiqamətdə yola çıxaraq maşınların və avtobusun hərəkəti üçün maneə yaradıb.
Şikayətçi bildirir ki, yolda tıxac azaldığı zaman, maşınlar hərəkət etsələr də "Mercedes" markalı avtomobilin sürücüsü yerindən tərpənməyib və bu da marşrutun hərəkəti üçün maneə yaradıb. Avtobus sürücüsü və sərnişlərin etirazına məhəl qoymayan şəxs 40 dəqiqə ərzində yolun əks istiqamətində dayansa da, öz yolunda dayandığını və heç yerə tərpənməyəcəyini bildirib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR