Bakıda marketin partladılacağı ilə bağlı polisə zəng olub
Gündəm
14 Avqust 2019 13:02
Oxunub 732
O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib
Bakıda ruhi xəstə polisi aldadıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, avqustun 12-də özünü Q.Qəribov kimi təqdim edən şəxs mobil telefondan polisə zəng edib Xətai rayonu Dostluq küçəsində yerləşən marketə 100 manat pul borcunun olması səbəbindən həmin marketi partladacağı barədə məlumat verib. Araşdırmalarla məlumat təsdiqini tapmayıb, zəng edənin həmin küçədə yaşayan, ruhi xəstə Q.Qəribov olması müəyyən edilib.
O, saxlanılaraq Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR