Xətaidə ağacları kəsən müəssisə rəhbəri cərimələndi - FOTO

Gündəm 14 Avqust 2019 20:15 Oxunub 818
Xətaidə ağacları kəsən müəssisə rəhbəri cərimələndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı protokol tərtib edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Xətai rayonu, Babək prospekti 2221-ci məhəllə ünvanında yerləşən "Xəzər" kiçik müəssisəsinin ərazisində müxtəlif cinsli ağacların kəsildiyi aşkar edilib.

Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən müəssisənin direktoru İlqar Qasımovun göstərişi ilə kəsildiyi məlum olub.

Faktla bağlı İ.Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4360 manat məbləğində cərimə olunub.

Kəsilmiş ağacların yerinə yeni ağacların əkilməsi təmin edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh