Bakı sakininin "Hyundai” qaçırıldı

Gündəm 14 Avqust 2019 21:06 Oxunub 1603
Bakı sakininin "Hyundai” qaçırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar aparılır

Paytaxtın Nizami rayonunun C.Naxçıvanski küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini M.Menzeleyevə məxsus "Hyundai” markalı avtomobil qaçırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qaradağ rayonu ərazisində yerləşən daimi postunda qeyd edilən nəqliyyat vasitəsi saxlanılıb. Onu idarə edən Ucar rayon sakini V.Bağılı avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh