Avtosfer.az | Reklam
Nazir yol polisində "MERO" rəisini işdən azad etdi - Çempion rəis təyin olundu
Yol polisi 15 Avqust 2019 01:24 10346 dəfə oxunub
Nazir yol polisində "MERO" rəisini işdən azad etdi - Çempion rəis təyin olundu
DYP-də daha bir islahat

Daxili işlər orqanlarında yeni təyinat olub. Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, Ağcabədi rayon 6 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Mərdanov daxili işlər orqanlarında xidmətkeçmə haqqında əsasnaməyə uyğun olaraq yaş həddinə görə təqaüdə göndərilib. Onun yerinə isə, polis kapitanı Fərid Mayılov təyin edilib.

Xəbəri Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis leytenantı  Aslan Qiyaslı təsdiqləyib(unikal.org).

Qeyd edək ki, Fərid Mayılov dünya çempionudur.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh