Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

Qəzalar 15 Avqust 2019 08:58 Oxunub 949
Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Fikrət Əmirov küçəsində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü yerli sakin Qorxmaz Sultanovu maşın vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh