Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI - VİDEO

Gündəm 15 Avqust 2019 10:16 Oxunub 1054
Hövsan qızlarına söz atan gənclər POLİSƏ ÇAĞIRILDI - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlarla profilaktik söhbət aparılıb və hərəkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb

Sosial şəbəkədə Hövsan sakinləri və bu kənddən olan qızlarla bağlı xoşagəlməz ifaədlər işlədən gənclərin şəxsiyyəti müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev "Ölkə.Az"-a bildirib ki, sözügedən videogörüntüdəki şəxslər 2004-cü il təvəllüdlü Məmmədov Mehdixan və 1992-ci il təvəllüdlü Məmmədli İlkindir. E.Hacıyev bildirib ki, hər iki şəxs Suraxanı rayon 30-cu polis bölməsinə dəvət olunaraq, onlarla profilaktik söhbət aparılıb və hərəkətlərinin qanuna zidd olduğu diqqətlərinə çatdırılıb.

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkədə yayılan görüntüdəki şəxslərdən biri - Məmmədli İlkin sonradan Hövsan sakinlərindən üzr istəmişdi.

 

Qeyd: Videoda qeyri-etik ifadələr var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh