İki gəminin toqquşdu: azı 3 ölü

Qəzalar 15 Avqust 2019 10:25 Oxunub 880
İki gəminin toqquşdu: azı 3 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır

Nigeriyada iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, daha iki adam itkin düşüb. Avtosfer.az Xezerxeber.az-a istinadən xəbər verir ki, insident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib. Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki sərnişin gəmisi Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh