Qadın keçidə çıxıb intihar etmək istədi: huşunu itirib TIR-ın yük yerinə düşdü - FOTO

Avtosfer Foto 15 Avqust 2019 10:36 Oxunub 1885
Qadın keçidə çıxıb intihar etmək istədi: huşunu itirib TIR-ın yük yerinə düşdü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xərəklə aşağı endirilən qadın xəstəxanaya aparılıb

Türkiyənin Kocaeli vilayətində intihar etmək istəyən qadın huşunu itirərək TIR-ın yük yerinə düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Qartəpə rayonunda qeydə alınıb.

Məlumata görə, D-100 avtomagistralının üzərində yerləşən piyada keçidinə çıxan qadın intihar etməyə cəhd göstərib. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadaları gəlib. Şəxsiyyəti məlum olmayan qadın keçidin beton qoruyucularının üzərinə oturaraq anidən yola doğru sürüşərək orada asılı qalıb.  

Xilasedicilər qadının yola düşməməsi üçün bir neçə yük maşınını keçidin altına sürdürüb.

Keçiddən asılı qalan qadın bir müddət huşunu itirib və TIR-ın yük yerinə düşüb.

Yük maşınının üzərindən xərəklə aşağı endirilən qadın xəstəxanaya aparılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh