Yanacağın avtomobillə xaricə daşınmasına məhdudiyyət qoyulacaq

Gündəm 15 Avqust 2019 13:06 Oxunub 939
Yanacağın avtomobillə xaricə daşınmasına məhdudiyyət qoyulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Milli Təhlükəsizlik Komitəsinin birgə əmri layihəsində texniki normalara uyğun olaraq

Qazaxıstan hökuməti yanacağın ölkədən avtomobil nəqliyyatı vasitəsilə çıxarılmasına müvəqqəti qadağa qoymağı nəzərdə tutur. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avqustun 23-dək keçiriləcək ictimai müzakirə üçün internetdə yerləşdirilən Energetika, Maliyyə, Daxili İşlər nazirliklərinin, Milli Təhlükəsizlik Komitəsinin birgə əmri layihəsində texniki normalara uyğun olaraq, yanacaq çənlərində, habelə 20 litrədək tutumlu başqa qablarda daşıma halları istisna olmaqla yanacağın xaricə daşınmasına 6 aylıq qadağa qoymaq nəzərdə tutulur. Bundan əvvəl KİV-də benzin və dizel yanacağının qonşu Rusiya və Qırğız Respublikasından ucuz olduğu üçün sərhəddən xaricə daşınmasının getdikcə daha geniş vüsət aldığı bildirilmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh