"Mercedes”dən avtomobillərin ehtiyat hissələri aşkarlanıb

Gündəm 15 Avqust 2019 16:30 Oxunub 682
"Mercedes”dən avtomobillərin ehtiyat hissələri aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki faktla bağlı araşdırma aparılır

Rusiya Federasiyası istiqamətindən Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının hərəkətləri gömrükçülərdə şübhə doğurduğundan saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Komitədən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üst geyiminin altında gömrük nəzarətindən gizlədilən 560 ədəd üzərində "Yellow label" və 800 ədəd üzərində "Purple wave" yazıları olan "Heets" markalı elektron siqaretlər aşkarlanıb.

Bundan başqa, "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz 0303" markalı avtobusa gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin saxlanması üçün nəzərdə tutulan hissəsində gömrük orqanına əvvəlcədən bəyan edilməyən 30 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh