Təyyarə yandı - Aeroport işini dayandırdı

Qəzalar 15 Avqust 2019 16:45 Oxunub 968
Təyyarə yandı - Aeroport işini dayandırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alanlar olmayıb

İrlandiyanın Şennon hava limanında “Omni Air International” aviaşirkətinə məxsus “Boeing 767” təyyarəsində yanğın baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, təyyarə yerdə olarkən dispetçer tüstülənmə müşahidə edib və bu barədə heyət üzvlərinə məlumat verib. Təyyarədəki yanğının qarşısı alınıb, sərnişinlər təxliyə olunub. Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Təyyarənin uçuş-eniş zolağından çıxarılması ilə əlaqədar hava limanının işi dayandırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh