“Peugeot” 10 metrdən şadlıq sarayının girişinə düşdü: 2 nəfər yaralandı - FOTO

Qəzalar 15 Avqust 2019 17:15 Oxunub 1067
“Peugeot” 10 metrdən şadlıq sarayının girişinə düşdü: 2 nəfər yaralandı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün sərxoş olduğu müəyyən olub

Türkiyənin Zonquldak vilayətində minik avtomobili 10 metr hündürlükdən maşınının üzərinə düşüb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident avqustun 14-ü gecə saatlarında Ereğli rayonunun Kavaklıl məhəlləsində qeydə alınıb.

Məlumata görə, Tayfun O.-nun (25) idarə etdiyi 67 TG 487 qeydiyyat nömrə nişanlı “Peugeot” markalı avtomobil idarəetmədən çıxaraq təxminən 10 metr hündürlükdən alt yolda yerləşən şadlıq sarayının girişində dayanan 34 TG 7125 qeydiyyat nömrə nişanlı “Opel” markalı maşının üzərinə aşıb.

Nəticədə sürücü Tayfun O. ilə sərnişini Mücahid A. (19) yaralanıb. Xəsarət alan 2 nəfər ambulansla xəstəxanaya çatdırılıblar. Onların həyatı təhlükəsinin olmadığı bildirilib.

Sürücü Tayfun O.-nun xəstəxanada aparılan müayinə zamanı avtomobili idarə edərkən sərxoş olduğu müəyyən olub.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Kontrolden çıkan otomobil, düğün salonun girişine düştü: 2 yaralıKontrolden çıkan otomobil, düğün salonun girişine düştü: 2 yaralıKontrolden çıkan otomobil, düğün salonun girişine düştü: 2 yaralıKontrolden çıkan otomobil, düğün salonun girişine düştü: 2 yaralı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh