Avtobusda qadını qucaqlayıb sinəsinə əllədi: 52 yaşlı şəxs həbs edilib - FOTO
Avtoxəbər 15 Avqust 2019 20:46 5884 dəfə oxunub
Avtobusda qadını qucaqlayıb sinəsinə əllədi: 52 yaşlı şəxs həbs edilib - FOTO
O, polis idarəsindəki sorğu-sualdan sonra ədliyyəyə cəlb edilib

Türkiyənin Kocaeli vilayətində avtobusda qadını qucaqlayaraq sinəsinə toxunan şəxs həbs edilib. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, Darıca Rayon Polis İdarəsinə gələn B.S. (25), Darıca Cümhuriyyət Meydanı yaxınlığındakı dayanacaqdan avtobusa mindiyini, arxasındakı oturacaqda oturan şəxsin onu qucaqlayaraq sinəsini əllədiyini və sərt reaksiyadan sonra o, avtobusdan enərək qaçdığını iddia edərək şikayət edib.

Polis şikayət əsasında avtobusun təhlükəsizlik kamerasındakı kadrları araşdırdıqdan sonra, şəxsiyyəti müəyyənləşdirilən Özbəkistan əsilli Fəxrəddin S.-nı (52) yaxalayıb.

O, polis idarəsindəki sorğu-sualdan sonra Gəbzə Ədliyyəsinə cəlb edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh