Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır

Gündəm 15 Avqust 2019 18:48 Oxunub 926
Ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Samir Məmmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Ruslan Əliyevin ibtidai istintaqı başa çatıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Samir Məmmədovun icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Hadisə bu il mayın 12-də paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində baş verib. 1986-cı il təvəllüdlü Əliyev Ruslan Sirac oğlunun etibarnaməsiz idarə etdiyi “Lifan” markalı, 99-HJ-019 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1965-ci il təvəllüdlü Əhmədov Nazim Xanlar oğlunu vuraraq ölümünə səbəb olub.

Hadisə yerindən qaçan sürücü barəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin Ruslan Əliyevin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh