Xaçmazda ağır yol qəzası: ölən və yaralananlar var

Qəzalar 16 Avqust 2019 08:55 Oxunub 892
Xaçmazda ağır yol qəzası: ölən və yaralananlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Xaçmaz-Quba yolunun 6-cı kilometrliyində, rayonun Yergüc kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Xəzər Ağamirzə oğlu Ələkbərov, Quba rayon Ağbil kənd sakinləri - 1993-cü il təvəllüdlü Arif Əmrəli oğlu Eyyubov, 1982-ci il təvəllüdlü Fərhad İmran oğlu Eyyubov, 1992-ci il təvəllüdlü Orxan Məhəmməd oğlu Pirimov və 1993-cü il təvəllüdlü Sadıq Sarvan oğlu İskəndərovdur. Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan aldığımız məlumatda bildirilir ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 1962-ci il təvəllüdlü Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh