1,7 min nəfər tayfuna görə hava limanında gecələyib

Gündəm 16 Avqust 2019 09:15 Oxunub 598
1,7 min nəfər tayfuna görə hava limanında gecələyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Küləyin gücü saniyədə 25 metrə çatır

Yaponiyada azı 1,7 min nəfər "Krosa" tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz su və yataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.

Daha əvvəl bildirilib ki, Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh