"Lekima" qasırğasına görə 5,5 min reys ləğv olunub

Gündəm 16 Avqust 2019 09:37 Oxunub 562
"Lekima" qasırğasına görə 5,5 min reys ləğv olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İyul ayı ərzində ölkədə 1,8 min reys təxirə salınmışdı

Avqustun 9-dan 12-dək Çinin cənub-şərqində tüğyan etmiş “Lekima” qasırğası 5,5 mindən çox reysin təxirə salınmasına səbəb olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu rəqəmi ölkənin Mülki Aviasiya İdarəsi açıqlayıb.

Qeyd olunur ki, göstərici Çində orta aylıq statistik rəqəmi bir neçə dəfə üstələyir.

İyul ayı ərzində ölkədə 1,8 min reys təxirə salınmışdı.

Xatırladaq ki, “Lekima” qasırğası nəticəsində 44 nəfər həlak olub.

Qasırğa Çjetsyan əyalətinə 3,4 milyard dollar, Şandun əyalətinə isə 200 milyon dollar birbaşa iqtisadi ziyan vurub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh